Emre “O səs Türkiyə”nin qalibi oldu - VİDEO

Ötən gün “O səs Türkiyə” musiqi müsabiqəsinin finalı baş tutub.

Reaksiya “Qafqazinfo”ya istinadən xəbər verir ki, final gecəsində Hakan və Gökhan Özoğuzların komandasından Türkan Kürşad, Emre Sertkaya, Ebru Gündeşdən Tankurt Manas, Hadisədən Aziz Kiraz çıxış edib.

Müsabiqənin çempionu Gökhan və Hakan Özoğuzların komandasından olan Emre Sertkaya olub.

5 ildir ki, qalib olmayan Hadisənin iştirakçısı Aziz Kiraz 2-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, ötən il “O səs Türkiyə” müsabiqəsinin qalibi həmyerlimiz Elnur Hüseynov olub.

Advertisement Banner

Şərhlər

Çox oxunanlar