İlhamə: “O, hansı şərəfdən, hansı namusdan danışır?”

03.02.2016 13:22     Artreaksiya     2168

“Ay yazıq, ay bədbəxt, sənə heç it də tamah salmaz”

 
Xalq artisti İlhamə Quliyevanın həbsdəki kecmiş köməkçisi Mehriban Bəylər qızı Hüseynovanın mətbuatda yayılan ittiham dolu məktubu böyük sensasiyaya səbəb olub.
 
Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynova mediaya ünvanladığı məktubunda İlhamə Quliyeva tərəfindən şəxsiyyətinin alçaldıldığını, işgəncələrə, hədə-qorxulara məruz qaldığını vurğulayıb.
 
Ötən gün isə xalq artisti Aygün Kazımova “İnstagram” bloqunda İlhamə Quliyeva ilə bağlı status yazıb. O, statusunda “Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Amin. Dəfələrlə məni də şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır” – deyə qeyd edib.
 
"Reaksiya" xalq artisti İlhamə Quliyevanın gün.az-a verdiyi müsahibəni təqdim edir:
 
- İlhamə xanım, Aygün Kazımovanın haqqınızda sosial şəbəkədə yazdığı statusdan güman ki, xəbərdarsınız?
 
- Bəli, xəbərim var.
 
- Aygün Kazımova hansı səbəbə görə sizi "şər-böhtançı" adlandırıb?
 
- Aygün məndən inciyib. Nə var ki, mən Natəvan Həbibi ilə barışmışam. Deməli, mən xəstəxanada yatanda, Natəvan yanımda idi. Aygün mənə zəng elədi ki, yanınıza gəlmək istəyirəm. Dedim ki, “kak raz” Natəvan da buradadır, gələrsən, mən sizi barışdıracağam. Buna Natəvan bir az ağız büzdü, sonra Aygün bir az ağız büzdü. Bir az zarafatlaşdıq da, söhbət elədik.
 

"Aygün mənim onu şərləmək istədiyimi sübut etməsə, onu çox ciddi rejimə oturdacağam"

 
Bilirsiniz, mən bunların hansı səbəbə görə küsülü olduqlarını bilmirəm. Natəvanla yaxşı münasibətim olduğu üçün Aygün məndən incidi. İnsandır da, yəqin inciyib ki, niyə mən Natəvan Həbibi ilə barışmışam. Amma mən ona dedim ki, sizin aranızda sülh istəyirəm. Sizin bir-birinizdən nə küsən, nə də inciyən vaxtınız deyil. Söhbət, münasibət bundan qaynaqlanıb. O ki, qaldı Aygünün artıq-əskik, başından böyük qələt etməyinə, mən onu həmin sözlərinə, mənə şər atdığına görə məhkəməyə verəcəyəm. Onu nə zaman hədələmişəm, şərləmişəm? Deyib, əcəb edib, əlinin içindən gəlib deyib. Ona görə qayda-qanun var, hüquq mühafizə orqanları var. Mən həmişə Aygünü, hansı vəziyyətdə olur-olsun dəstəkləmişəm. Amma onun mənə belə hiddətlənməyi gülməlidir, təəccüblüdür. Yenə başından çox böyük danışıb. Mən bu işlə çox ciddi məşğul olacağam. İlhaməni nəinki bütün Azərbaycan, bütün dünya tanıyır. İlhamə sıravi müğənni deyil.
 
Mən sənətkaram, həm də böyük sənətkaram. Bu indi guya xalq artistidir... Həmin sözləri deyib, əcəb edib. Məhkəmədə cavab verər! Xalq artistidir deyə hüququ çatır bu sözləri, ifadələri işlətməyə? O, bu dediklərinin cəzasını alacaq. Aygün mənim vəkilimə nə zaman onu və yaxud başqa birini şərləmək istədiyimi sübut etməsə, onu çox ciddi rejimə oturdacağam. Çünki mən heç kəsin tayı deyiləm. Və ona bu icazəni verməmişəm ki, ağzına gələni çərənləsin. Aygünü məhkəməyə verəcəyəm, 1 milyon manat cərimə tələb edəcəyəm. Mənə sübut etsin görüm, onu və ya bir başqasını necə şərləmişəm.
 

"Ay yazıq, ay bədbəxt, sənə heç it də tamah salmaz"

 
Həmçinin bütün saytlar bilsin ki, haqqımda yazılan şər-böhtan, cəfəngiyyat yazıya görə hər bir saytın rəhbəri məsuliyyət daşıyır. Vəkilim bu işlə məşğuldur, məsələ ilə bağlı vəsadət qaldıracaq. Heç kim qarşı tərəfin münasibətini öyrənməmiş haqqında elə yazını dərc edə bilməz. Bu məsələni bir kənara qoyaq. Mehriban saman çöpündən yapışıb. Neyləsin, çünki bu gün-sabah məhkəmədir. Ağzına gələni yazır, şər, böhtan... Onun şərh və böhtanına görə, onun işinin üstünə iş gələcək. O, bunu bilmir, başa düşmür. İhaməni yox e, Mehribanı bütün Azərbaycan tanıyır. Neçə-neçə ailənin pullarını mənimsəyib. Özlərini tutdurub. Çox günahsız insanların həbs olunmasına səbəb olub. Onun mənə bata bilmədiyi sübut olundu, çünki daş qayaya rast gəlib. Hələ Mehribanın böyük dərdi, qəmi, qüssəsi, problemləri qarşıdadır. Məhkəmədə çox şeylər üzə çıxacaq. Hər kəs biləcək ki, kim-kimə şər, böhtan atıb. Mehribana kim şər-böhtan atır?
 
Mehriban mənim qulluqçum olub. Mənə zəhərli dərmanlar yedirib. Böyrəyim sıradan çıxmışdı. Hiss edirəm ki, səs tellərimdə də ağırlıq, problem yaşayıram. Çünki mənə cürbəcür psixotrop, zəhərli dərmanlar yedirib. O, hansı şərəfdən, şöhrətdən, hansı namusdan danışır? Ona görə ayağıma düşüb mənə yalvarırdı? Ay yazıq, ay bədbəxt, sənə heç it də tamah salmaz.  Kimdir axı sənin namusuna toxunan? Hansı namusdan, şərəfdən danışırsan? Uşaqlar sənin əl çantanı açıb, başı aşağı silkələyəndə, içindən mənim brilliant qaşlı üzüyüm çıxdı. Hələ başqa şeylərdən danışmıram. Cadu-piltələr, qıfılar, yazılar, nələr çıxdı... Sənin telefonundan nömrələri ona görə pozdular ki, mənim telefonumdan bütün mötəbər insanların kontaktlarını götürüb, yazmışdın. Uşaqlar həmin nömrələri sənin telefonundan ləğv etdilər. Siz həmin səhnəni gərək özününüz görəydiniz.
 

"Qəzet də cavab verəcək, vəkilim bu məsələnin üstündə işləyir"

 
Yalandan deyir ki, Vüqar onun çantasından 3 yüz manatını götürüb. Gözünün içinə kimi yalan deyir. Onun heç 3 qəpik pulunu da götürən olmadı. Evdə adamlar çox idi, ayağıma düşüb yalvardı ki, bu söhbətlər buradan bayıra çıxmasın. Tək mənim yox, evdə olan bütün adamların ayağına düşüb yalvarırdı, ayaqlarını öpürdü ki, eləmişəm. Özünü öldürürdü ki, bu söz-söhbət buradan bayıra çıxmasın, mən biabır olaram. Sonra da götürüb, o məktubu yazıb. Az, sən utanmırsan, şər-böhtan məktub yazırsan? "Yeni Müsavat" qəzeti də cavab verəcək, vəkilim bu məsələnin də üstündə işləyir. Hansı haqla içəridə, zindanda oturan məhbusun yazılarını dərc edir? Mən hazırda şikayətçiyəm, düzdür? Cinayətkar şikayətçidən yazı yazar? Oradan göndərir, bunlar da dərc edirlər. Hansı hüquq-mühafizə orqanı bunu təsdiq edib?
 
- Hüquq müdafiəçisi Müzəffər Baxış “xalq artisti köməkçisini təhdid edib, ona hədə-qorxu gəlibsə, cinayət məsuliyyətinə cəlb oluna bilər” – deyib. Onun dediyinə görə, sizə hətta 4 il həbs cəzası da təyin edilə bilər.
 
- Doğrudur, əgər mən şər-böhtan atmışamsa, 4 il azadlıqdan məhrum oluna bilərəm. Əgər sübutum yoxdursa. Bəli, mənim ittihamlarım sübut olunmasa, hər bir şey ola bilər. Hüquq-mühafizə orqanları mənə qarşı da lazımi ölçüləri götürə bilər. Sübutlar isə artıqlaması ilə var. Mehribanın hər kəliməsi yazılaraq, aidiyyatı orqanlara təqdim olunub. Mehribanın işi bilirsiniz nə boydadır? Onun şər-böhtanına görə işinin üstünə iş gələcək. Qəzet məndən kimin heyfini çıxır? Mənə heç bir şey edə bilməzlər. O qəzetn rəhbərini mən özüm məsuliyyətə cəlb edirəm. Mənim vəkilim dünəndən bu işlə məşğuldur.
 

"Onun adı Aslandır, amma özü bilinmir ki, nədir"

 
- Hüquqşünas Aslan İsmayılov da sizinlə bağlı danışıb, deyib ki, “İlhamə Quliyeva bir kal armud olub, keçib bu millətin boğazına".
 
- Onun adı Aslandır, amma özü bilinmir ki, nədir. Amma onun nə dediyi məni maraqlandırmır. O, kimdir mən bimirəm (Gülür). Onlar mənim üçün bir yeldir, əsib keçirlər. Mən kiməm, kim deyiləm, bunu nəinki Azərbaycana, bütün dünyaya sübut etmişəm. Onlar məndən heyif çıxırlar. Kimin heyfini də çıxırlar, çox yaxşı bilirəm (Gülür). Kim başından böyük qələt etsə, yerində oturduram, belə də olacaq! Kim topuğumdan yuxarı başını qaldırıb, başından böyük çərənləsə, cəzasını çəkəcək.
 

"İçdiyim dərmanlar səs tellərimdə problem yaradıb"

 
- İlhamə xanım, bir az da səhhətinizdən danışın. Hazırda özünüzü necə hiss edirsiniz?
 
- 50 gün Mərkəzi Neftçilər Xəstəxanasında yatdım. Böyrəyimin biri tamam sıradan çıxmışdı. Mehribanın verdiyi zəhərli dərmanlardan sonra belə olmuşdu. 50 gün ərzində böyrəyimi müalicə etdilər. İndi yaxşıyam. Amma pəhrizdəyəm, böyrəyi qorumaq lazımdır. Bilirsiniz ki, böyrək insan orqanizmində ən kaprizli orqanıdır. 1 aydır, xəstəxanadan evə buraxılmışam, evdə dincəlirəm. Səs tellərimdə problemlər yaşayıram. Çünki hansısa dərmanları mənə içiriblər, ona görə də səs tellərimdə problem yaranıb. Bunu da müalicə etmək çətin deyil. Mehriban ümumi səhhətimi çox pozub. Evdə mənə çox yaxşı qulluq edirlər. Özüm çox istirahət edirəm, evdə oluram, şükür Allaha.
 
- Qulluğunuzda kim dayanır?
 
- Qulluğumda Fatma xanım dayanır. Allah ona cansağlığı versin. Dayım qızı, dayım oğlu dayanır. Hər bir kəs mənim qulluğumdadır. Mən çox rahatam, dincəlirəm. Şükür Allaha, ölümdən qurtulmuşam. Yaxşıyam, amma pəhriz saxlayıb, səhhətimdəki problemləri yavaş-yavaş həll edirəm. Həkimim uroloq Rəşad Şulanov məni həyata qaytarıb. Mərkəzi Neftçilər Xəstəxanasının rəhbəri və həkimləri çox sağ olsunlar.

Şərhlər