“Mən Aslan İsmayılova göstərərəm..” - İlhamədən sərt açıqlama

03.02.2016 20:27     Artreaksiya     1310

“Aslan İsmayılov başından böyük danışıb. Onun mənim haqqımda dediyinə cavab olaraq bildirirəm ki, o kal əzgildir. Yekə kişidir, gedib ağlına dua yazdırsın”

Bu sözləri xalq artisti İlhamə Quliyeva Modern.az saytına açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılovun onun haqqında səsləndirdiyi ittihamlarara cavab olaraq deyib.

“Əgər o şəxs həqiqətən də hüquqşünasdırsa, hüquqi normaları gözləsin. Onun adı Aslandır, amma özü bilmirəm nədir, görünür ki həm də savadsız adamdır. Aslan İsmayılov əslində məni təhqir etmir, o sözlərlə mənim dövlətimi təhqir edir.

Mən ona göstərərəm ki, hüququ pozmaq nə deməkdir. Ağzını yığışdırsın... Evindən kənarda qadınlara qarşı ağzına gələni söyləməsin”.

İlhamə Quliyeva müğənni Nazpəri Dostəliyevaya şər atdığı barədə iddiaya da cavab verib:

“Bu ölkədə hüquq-mühafizə orqanları o qədər yüksək səviyyədə işləyir ki, heç kim heç kimi aldadıb, şəxsi mənafeyini güdmək üçün artıq-əskik hərəkət edə bilməz.

Bizim dövlətimiz, hüququmuz güclüdür. Hər bir günahı olan, şərəfi və ləyaqəti pozan insan mütləq cəzasını almalıdır. 

Zamanında Nazpəri Dostəliyeva başından çox böyük danışmışdı. Mən də şikayət ərizəmi daxili işlər naziri, hörmətli Ramil Usubov cənablarına yazmışdım. Cənab nazir də mənim ərizəmi “Banditizm” idarəsinə göndərmişdi. Demişdi ki, bu işi araşdırıb ona məruzə etsinlər. 
Bu məsələ belədir. Heç kəs Nazpərini “Banditizm” idarəsinə elə-belə aparmamışdı. Bu qərarı cənab nazir mənim məktubum əsasında vermişdi . Mən qeyri-qanuni mən heç bir hərəkət etməmişəm”. 

İlhamə Quliyeva hüquqşünas Aslan İsmayılovun onun haqqında dediyi “arxasında hansısa böyük və qara qüvvələr var” məsələsinə də aydınlıq gətirib :

““Böyük qüvvə” mənim dövlətimdir. Böyük qüvvə bizim xalqdır, xalqımızın nümayəndələridir.

Hələ mənim arxamda çox böyük qüvvə var. 50 il sənətdə, səhnədə xidməti olan insanın arxasında xalqı, dövləti, bayrağı, onun dövlətinin başçısı dayanır. Bəli bu belədir, böyük qüvvə var”.

Xalq artisti onu da deyib ki, Aslan İsmayılov haqqında hüquq-mühafizə orqanlarına şikayət ərizəsi verərək, cəzalandırılmasını tələb edəcək:

“Aslan İsmayılov artıq-əskik danışmasın. Onun haqqında mən hüquq-mühafizə orqanlarına elə bir ərizə verəcəm ki, dövlət onun cəzasını versin”.

İlhamə Quliyeva onu da bildirib ki, vəkil hazırda keçmiş köməkçisi Mehriban Hüseynovanın mətbuata göndərdiyi ittiham dolu məktubla əlaqədar araşdırma aparır.

“Əvvəla məhkum olunan şəxsin nə ixtiyarı var ki, yalan, şər, böhtan yazır verir və kimlərsə də onu dərc edirlər. Buna görə “Yeni Müsavat” qəzeti və saytının rəhbərliyi mütləq cinayət məsuliyyətinə cəlb olunacaq. Onlar cinayət əməli törədib. Nə ixtiyarları var ki, həbs olunmuş, türmədə oturmuş adamın yalan və iftiralarla dolu məktubunu yayımlayırlar?.

Mehriban Hüseynova bu gün bilirsiniz nə gündədir ? Onun işinin üstünə iş gələcək. Mənim ünvanıma səsləndirdiyi təhqir və böhtanların hamısının sübutu və dəlili var. Onun mənə verdiyi psixotrop və zəhərli dərmanların hamısının qutusu da qalır.

Kimlərsə Mehriban Hüseynovanı dəstəkləyirlərsə, elə onlar da onun tayıdırlar”, -deyə İ.Quliyeva vurğulayıb.

O, özünün günahkar olacağı təqdirdə həbsdə yatmağa hazır olduğunu da deyib:

“Hər şeyin sübutu var və bu, öz təsdiqini tapacaq. Yox, əgər sübut olmasa, razıyam, mənə 4 il iş versinlər, gedim oturum türmədə. Hər yazının, hər sözün sübutu var. Sübut olmayanda o çox qorxulu bir şeyə çevrilir. Sübut varsa, heç kəs heç kəsdən qorxa bilməz. Əgər mənim quluqçumun heç nədə günahı yoxdursa, günahkar mənəmsə, oradan çıxarıb özüm onun yerinə oturaram. Heç kəs başından böyük danışmasın. Bəzi adamların yersiz danışıqları mənim yanımdan yel olub keçə bilməz”.

Şərhlər