Məşhur aktrisa rəsmən boşandı - (FOTOLAR)

04.02.2016 14:07     Artreaksiya     2034

Hilari Daff və hokkeyçi Mayk Komri arasında məhkəmə prosesi başa çatıb

Hollivud aktrisası Hilari Daff və hokkeyçi həyat yoldaşı Mayk Korri rəsmi olaraq boşanıblar. 

ANS PRESS-in məlumatına görə, 28 yaşlı Hilari Daff və 35 yaşlı həyat yoldaşı arasında münasibətlərin sona çatdığı barədə məlumatlar hələ 2014-cü ilin yanvarında yayılmışdı. Həmin vaxtdan onların arasında mülkiyyətin bölünməsi və övlada himayədarlıq üçün uzun sürən məhkəmə prosesi başlamışdı. Keçmiş cütlüyün Luka adlı 4 yaşlı oğlu var. 


Hilari Daff, Mayk Korri və oğulları Luka


Son məlumatlara görə, Hillari Daff və Mayk Komri fevralın 2-də rəsmən boşanıblar. Aktrisaya Beverli-Hillzdəki ev və Los-Ancelesin Toluka-Leyk rayonundakı mülk çatıb. 

Bununla yanaşı, Hilari Daff keçmiş həyat yoldaşına 2,5 milyon dollara yaxın təzminat ödəməli olacaq. 

Aktrisa bir müddət əvvəl Maykla dost olaraq ayrıldıqlarını və oğullarının tərbiyəsində birlikdə iştirak edəcəklərini demişdi. Görünür, keçmiş cütlük aralarında olan bütün məsələləri həll edib.


Hilari Daff - müğənni


Hilari Enn Daff 1987-ci ildə sentyabrın 28-də ABŞ-ın Texas ştatında anadan olub. Hilari 6 yaşı olarkən sevdiyi rəqslə məşğul olmağa başlayıb və elə həmin ildə "Şelkunçik" baletində ilk dəfə olaraq səhnəyə çıxıb.

2003-cü ildə aktrisa "Agent Kodi Benks" filmindən sonra isə "Lizzi Makquyer" serialının film versiyasına çəkilib. Böyük şöhrət qazanan Hilari müxtəlif filmlərə çəkilməklə bərabər, eyni zamanda müğənniliklə də məşğul olur. Hilari xeyriyyəçiliklə də məşğuldur. O, Odri Hepbernin uşaq fondunun Xeyriyyəçilik Şurasının üzvüdür.

Şərhlər