"Milli dəyərlərimizə hörmətlə" layihəsinə start verilib - FOTOLAR

06.02.2016 16:37     Artreaksiya     1310

 REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzi və "ASAN xidmət"in birgə təşkilatçılığı ilə "Milli dəyərlərimizə hörmətlə" layihəsinə başlanılıb. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Layihənin birinci konsertinə qədim Gəncə şəhəri ev sahibliyi edib. Konsert proqramında xanəndələr və gənc ifaçılar çıxış edib.

Layihənin məqsədi çoxəsrlik Azərbaycan muğamının bölgələrdə daha dərindən öyrənilməsi və gənc nəsillərə sevdirməkdir.

Qeyd edək ki, layihə çərçivəsində Sumqayıt, Ağdaş, Sabirabad və başqa şəhərlərdə də konsert proqramlarınkeçirilməsi nəzərdə tutulur.

Şərhlər