“İlhamə dedi ki, “onu öldür, arxanda dayanmışam” - ŞOK İTTİHAM

10.02.2016 13:18     Artreaksiya

Müğənni İlhamə Quliyevanın keçmiş köməkçisi, hazırda həbsxanada saxlanılan Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov musavat.com saytına məktub göndərib. 
 
Mehriban Hüseynovanın həyat yoldaşı iddia edib ki, İlhamə Quliyeva ona M.Hüseynovanı öldürməyi təklif edib: “İ.Quliyeva elə düşünür ki, qar yağdı, izlər örtüldü. Bəs qarlar əriyəndən sonra necə olacaq? Keçən ilin oktyabr ayında yoldaşımla onun arasında yaranan bu konfliktdən sonra İ.Quliyeva mənə öz telefonu ilə zəng edərək, gileyləndi. Mən də bu məsələnin gərginləşməməsi, sakitcə bizdən uzaqlaşması üçün yalandan dedim ki, “mən də onunla dalaşmışam, acıq edib, gedib”. Sözlərimə inanan İ.Quliyeva dedi ki, “O, sənə layiq deyil, qorxma, öldür onu, arxanda mən dayanmışam. 
 
Konflikt bu həddə çatandan sonra istintaqın ilk günlərində isə İ.Quliyeva ilə telefonda danışarkən onun əlaltısı Vüqar Bəkirov telefonu ondan alıb, mənə dedi ki, 45 (qırx beş) min manat gətir, bu məsələyə son qoyaq. Dediyim hər iki faktı istintaq araşdırarsa, (araşdırmalıdır da) həmin vaxt telefon danışıqlarından bunu əldə edə bilərlər. İstintaqa verdiyim izahatda bunların hamısını yazmışam”.
 
T.Hüseynov İ.Quliyevanın “Mehribanın şəhid qardaşı yoxdur” sözlərinə də aydınlıq gətirib: “İ.Quliyeva verdiyi müsahibələrdə bildirir ki, Mehriban Hüseynovanın dedikləri yalandır, onun heç bir şəhid qardaşı da yoxdur. Bu qədər haqsız danışmaq olmaz. Mehriban Hüseynovanın şəhid qardaşı İbrahimov Emin Bəylər oğlu 1995-ci il may ayının 24-də 19 yaşında olarkən üsyançılarla döyüş zamanı təxribatçıların ağır işgəncələri altında qətlə yetirilib. Bu haqda “Bərdə şəhidləri” kitabında geniş məlumat verilib. İstintaq qrupu rəsmi müraciət əsasında bu haqda təsdiqedici sənəd də ala bilər. İ.Quliyeva deyir ki, “Onun ərini də mən saxlamışam”. Bilmirəm, bəlkə məni uşaqlıqdan da o böyüdüb? Adam xain, məkrli, riyakarcasına bu qədər yalan danışmaz. İnsan yaşlaşanda gənclərə yol göstərər, məsləhət verər, daha ev yıxmağa çalışmaz. Bununla belə, televiziya verilişində deyir ki, “Mənim yerim göylərdədir, mən yemirəm, yedizdirirəm”. Sən özündən başqa heç kimi yedizdirmirsən. Əksinə, başqalarının əllərində olanları “reket”cəsinə almağa çalışırsan. Onun bədəni ilə yanaşı, ruhu da xəstədir. Mənəm-mənəm deyərək, nə dediyinin də fərqinə varmır. Verilişdə deyir ki, “Mən hər gün anamla telefonda danışıram, mənə mesaj göndərir”. Dünyasını dəyişən insanla “telefonla danışıram” demək nə dərəcədə düzgünlüyə dəlalət edir?” 
 
İlhamə Quliyevanın keçmiş köməkçinin əri qeyd edib ki, müğənni hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışan dostlarına güvənir: İlhamə deyir ki, “Mehriban 10 il həbs alacaqdısa, 5 il də üstünə gələcək, bunu mən deyirəm, mənə heç kim “çaşmısan” deyə bilməz”. Məgər, ona “Şərəf” və “Şöhrət” ordeni ona görə verilib ki, reketlik etsin? Etdiyi hegemonluq, mənəm-mənəmliyi aldığı bu fəxri adlara da böyük ləkə gətirir. Bir-iki dostuna arxalanaraq, xoşu gəlməyən adamın cəzalanmasına, həbs olunmasına nail olur. Əgər qanunlarımız bir-iki orqan işçisinə görə açıq-aşkar tapdalanırsa, onda bizlərin axırı hara gedib, çıxacaq? Həyat yoldaşım dövlət çevrilişinə cəhd göstərib və ya xalqına xəyanət edib? İ.Quliyevanın sifarişi ilə ona ən ağır maddə ilə iş açıblar. Biz dəfələrlə onun zaminə buraxılması üçün rəsmi müraciətlər etmişik. Bununla bağlı məhkəmə olsa da, yenə də iş əvvəlki tək öz qüvvəsində qaldığından buraxmayıblar. Vəkillə birlikdə Bakı Şəhər Prokurorluğunda və Respublika Prokurorluğunda qəbulda olub, şikayətimizi bildirmişik. Hər iki prokurorluq məsələni üstlərindən atır. İ.Quliyevanın yoldaşıma bıçaqla yetirdiyi xəsarət, gecə saat 02:00 radələrində həyətimizə hücum etməyi ilə əlaqədar “102” xidmətinin çağırışı əsasında 5-ci bölmənin faktı təsdiqləyən raporu da prokurorluqda var. 
 
İ.Quliyevadan belə bir xəbər çatdırılıb ki, guya o, prezidentlə görüşüb, özünə qarşı sui-qəsd olduğu haqda bildirib. Prezident də Zakir Qaralova tapşırıq verib ki, bu işə ciddi baxılsın və əsl cinayətkar cəzasını alsın. Əgər həqiqətən də belədirsə, onda bu işə ciddi və obyektiv baxılsın, pərdə arxasında gizlənən əsl cinayətkarlar da istintaqa cəlb olunub, cəzalarını alsınlar. Prezidentin adından istifadə edib, haqsız yerə bu qədər nahaq işlər görmək hansı qanunda var? Əgər biz sivil və demokratik dövlətiksə, istintaq da obyektiv aparılmalıdır”. 
 
Tofiq Hüseynov Milli Televiziya və Radio Şurası, eləcə də ATV barədə ittihamlar səsləndirib: “ATV KİV-in qanunlarını pozaraq, həyat yoldaşımın şərəf və ləyaqətinin İ.Quliyeva tərəfindən təhqir olunmasına geniş imkanlar yaradır, əksər verilişlərində ona xüsusi yer ayırır. Bununla bağlı MTRŞ-nın rəhbəri Nuşirəvan Məhərrəmliyə rəsmi müraciət etsək də, bizə heç bir cavab verilmir. Təbii ki, istintaq başa çatandan sonra istər ATV, istərsə də MTRŞ bizim tərəfimizdən hüquqlarımızı tapdaladıqlarına görə məhkəməyə veriləcək. 
 
Əsl həqiqət üzə çıxandan sonra ATV özünə hansı bəraəti qazandırmağa çalışacaq? Nuşirəvan Məhərrəmli onu qane etməyən verilişlərin bağlanmasına qərar verdiyi halda, efir etikasına layiq olmayan bu süjetin ATV-də yayımlanmasına niyə indiyə kimi göz yumub?” 
Advertisement Banner

Şərhlər