Məşhur aktrisa ana oldu (VİDEO) - VİDEO

Təbii doğuşla dünyaya gələn körpəyə Elisa Güzin adı verilib.

Türkiyənin məşhur aktrisası ana oldu. 

ANS PRESS-in məlumatına görə, "Möhtəşəm yüz il" serialının "Mahidevran"ı Nur Fettahoğluqız anası olub.

Təbii doğuşla dünyaya gələn körpəyə Elisa Güzin adı verilib. Ana və körpənin vəziyyətinin yaxşı olduğu deyilib. Körpə 3 kiloqram 100 qram və 49 santimetr boyunda dünyaya gəlib.

Gənc ana hamilə olduğu üçün "Filinta" serialından ayrılmaq məcburiyyətində qalmışdı.


"Möhtəşəm yüz il"in anonsu 

Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində anadan olub. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bacı-qardaşlarının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Aktrisa lisey təhsilini tamamladıqdan sonra işləməyə başlayıb. 

Advertisement Banner

Şərhlər