Oscar mükafatlı məşhurdan alqışlanacaq addım

14.02.2016 12:02     Artreaksiya     1441

Oscar mükafatlı Hollivud ulduzu Ceniffer Lourens təqdirəlayiq addım atıb.
 
ANS PRESS-in məlumatına görə, Hollivud ulduzu doğulduğu Kentukki ştatında uşaq xəstəxanalarından birinə 2 milyon dollar bağışlayıb.
 
Jeniffer Lourens bu barədə yaydığı videoda məlumat verir.
 
O, daha sonra insanları xeyirxah işlər görməyə və bu xəstəxanaya maliyyə yardımı etməyə çağırıb.
 
Aktrisa "Mənim sevgilim dəlidir" filmindəki roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.
 
Lourens bir neçə dəfə dünyanın ən istəkli qadını seçilib. 2011-ci ildə "People" jurnalı dünyanın ən gözəl qadınlar arasında aktisanı 13-cü pilləyə yerləşdirib.

Şərhlər