"Rejissorlarımız özlərini çox yuxarıdan aparırlar" - VİDEO

15.02.2016 17:22     Artreaksiya     1185

Müğənni Elvin Abdullayev Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Milli.Az xəbər verir ki, sevilən ifaçı kliplərini xaricdə çəkdirməyinin səbəblərini açıqlayıb: "Rejissorlarımız özlərini çox yuxarıdan aparırlar. Nəsə iddia etmək üçün bir az işləmək lazımdır. Klipləri baha qiymətə çəkirlər. Mən eyni klipi Gürcüstanda qat-qat ucuz çəkdirirəm. Orada ucuza çəkdirdiyim klip burada 10 minə çəkilən klipə bərabərdir. Keyfiyyət baxımından da daha üstündür. Mən qınanılası deyiləm. Məcburam ki, gedim başqa ölkədə klip çəkdirim".

Tanınmış müğənni ailəsindən və oğlu ilə çəkdirdiyi fotosessiyasından danışıb: "Özüm istədim ki, oğlum Tuncayla bir fotosessiyamız olsun, xatirə qalsın. Oğlumu çox sevirəm. Evlənəndən sonra uğurlarım daha da artıb. Ola bilər ki, qız fanatlarım azalıb. Yoldaşım da rejissordur. Kliplərimin əksəriyyətinin rejissoru yoldaşımdır. Operatorlar isə xaricilər olurlar".

Gənc ifaçı şou-biznesimiz haqda da açıqlama verib: "Azərbaycan şou-biznesi istədiyimiz səviyyədə deyil, bunu boynumuza alaq. Mən özüm əziyyət çəkə-çəkə inkişaf etdiyim üçün iri addımlar ata bilmirəm. Hal-hazırda tanınmış ifaçıyam, mənə tələbat var, dayanmadan da çalışıram".

Şərhlər

Çox oxunanlar