"Bu, mənim yaradıcılıq tariximdə qara səhifə idi" - xalq artistinin qızı

19.02.2016 15:33     Artreaksiya

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova “Yoldaş Rövşanə” verilişinin qonağı olub.


 Reaksiya.info  Axşam.az-a istinadən xəbər verir ki, muğam ifaçısı atasının ona iradlarından danışıb:

“Atam mənim ifamda o qədər qüsur tutur ki... Arada qəbul etmirəm, deyirəm, “Bəlkə mən səndən də yaxşı oxuyuram”. Amma bəzən görürəm ki, atam düz edib mənə irad tutur. İndiki muğamımız geriliyib. Çünki ustadlarla ünsiyyət yoxdur. Mənə “əməkdar artist” adından çox, “Alim Qasımovun qızı” deyilməsindən xoşum gəlir”.

F.Qasımova xalq artisti Arif Babayev və bəstəkar Səyavuş Kəriminin onu muğam müsabiqəsindən kəsməsindən gileylənib:

“Bu, mənim yaradıcılıq tariximdə qara səhifə idi. 2010-cu il idi. İndi də onların belə etməyinin səbəbini bilmirəm. Mənim üçün gözlənilməz hadisə idi. Üstünə gedib, araşdırmaq istəmədim”.

Muğam ifaçısı həyat yoldaşının onun sənətinə münasibətindən söz açıb:

"Onlar bizə elçi gələndə bilirdilər ki, mən xanəndəyəm. O vaxt atamla diskim də çıxmışdı. Ona görə də sənətimlə bağlı heç bir problemim olmayıb. Sonradan həyat yoldaşım da musiqi ilə maraqlanmağa başladı".

Advertisement Banner

Şərhlər