“Mənə arvadının qiybətini edirdi” - Aygündən Eltona cavab

20.02.2016 20:14     Artreaksiya     1051

Xalq artisti Aygün Kazımova müğənni Elton Hüseynəliyevin onun haqqında irəli sürdüyü ittihamlara cavab verib.

AzNews.az xəbər verir ki, xalq artisti mediaya açıq məktub göndərib. Məktubda Kazımova E. Hüseynəliyevlə ilk tanışlığından bəhs edib:

“Elton ilə ilk tanışlığımızı belə xatırlayıram... Muğam teatrı, hələ tanınmamış, ürəyi dolu gənc bir müğənni... Salam verən kimi özünü təqdim etdi və başladı, özü də nə başladı.

Müəllimi Tüymur Əmrahın əlindən yaman yanıqlı idi.

“Siz onu tanımırsınız, siz bilmirsiniz. O insan məndən əl çəkmir. Məndən istifadə edir. Mənim şəxsi həyatıma müdaxilə edir. Mənə başqa-başqa təkliflər edir. Mənə göz verib, işıq vermir”.

Yenicə tanış olduğum gənc müğənninin bu etirafları məni çox düşündürdü. Axı mən Teymur Əmrahı tanıyıram. O, istedadlı pedaqoqdur. Niyə Eltona belə zülm edir? Nə istəyir Eltondan? Beləcə Eltona ürəyim ağrıdı.

Eltonla hər görüşəndə qiybətindən qalmırdı. Xüsusilə də, qadın müğənnilərin arxasınca danışırdı.

Sən demə qiybət etmək Eltonun adəti imiş. Efirə çıxıb deyir ki, Eltonla duet oxumağı mən ona təklif etmişəm. Əslində isə mahnıların və duetlərin təklifi hər zaman mənə Elton tərəfdən gəlib. Mahnının musiqisini, sözlərini hər zaman o tapıb. Aranjeman işini də Elton həll edib. Mahnılar mənə hazır şəkildə təqdim olunub. Mənim işim sadəcə studiyaya girib oxumaq olub. Bu sözlərimi onun keçmir prodüseri Anar Mədətov, mənim keçmiş Eltonun isə indiki prodüseri Tolik də təstiq edə bilər. Elton çox nankor insandır. O, həyat yoldaşının hesabına gündəmə gəldi. Əli pula, şan-şöhrətə çatandan sonra mənə arvadının qiybətini edirdi. Məni özünə dərd ortağı seçmişdi. Nə vaxt görüşürdüksə, sənətdən danışmaq əvəzinə, Eltonun qiybətlərini dinləyirdim.

Mən doğurdan da Eltonu özümə dost bilirdim. Ona ürəyim ağrıyırdı. Hələ elə söhbətlər var ki, onu açıqlaya bilmirəm. O, həyatda quzudur. Efirə çıxanda isə vəhşiləşir. Mən efirdə gördüyüm Eltonu tanıya bilmirəm. Mən onu əvvəldən tanısaydım, ömrüm boyu onu yaxınıma buraxmazdım. O ki qalsın, onunla dostluq edim.

Bir adam ki, iki gözəl övladının anası, illərdir onun yolunda hər cəfaya qatlaşan, işini, karyerasını onun qaryerasına qurban verən, bugün qazandıqlarına həyat yoldaşının sayəsində çatan ömür-gün yoldaşının qədrini bilmirsə, ağzına gələni danışırsa, oturduğu hər yerdə və mənim yanımda ailəsinin, evinin, həyat yoldaşının qiybətini edən kişiyə kişi demək olar?

Deməli Elton nə özünü aparmağı, nə də danışığını bilir. Dəfələrlə ayırlmaq istədiyini deyirdi. Deyirdim ki, iki gözəl balan var. Belə şey etmə. Ailəsindən elə danışırdı ki, dəhşətə gəlirdim. Kişi də belə şey danışar? Kişi də öz həyat yoldaşını belə alçaldarmı? Onun aləmində hamı günahkardır, hamı ondan istifadə edir, hamı ona qarşı haqsızlıq edir, hamı onu incidir, hamı onun yolunu kəsir, hamı onun paxıllığını edir. Elə yazıq-yazıq danışır ki, polad belə əriyir, nəinki adamın ürəyi sızıldayır. İnsanı inandırmaq üçün, özünə haqq qazandırmaq üçün dindən-imandan danışır. Adama elə gəlir ki, qarşısında qanadsız mələk oturub. Az qalsın dəsmal götürüb ağlayasan. Bu hərəkətləri ilə özünü mənə inandırıb, dostluğumu qazandı. Az qala uşaq kimi onu qoruyurdum. Mən Eltonu özündən çox düşünürdüm. Narahat olub qeydinə qalırdım. Çünki Elton itib yoxa çıxırdı, ailəsini başdı-başına buraxırdı. Özünü ailəsinə, uşaqlarına həsrət qoyurdu. Mən nə biləydim ki, bu mələk cildində şeytandır. Mən nə bilərdim ki, o, sözün əsl mənasında artistlik edir. İndi də düşüb kanallara mənim qeybətimi edir. Hələ çox şeylər montaj olunur ki, siz onları görmürsünüz. Onlar efirə getmir. Gör nə günə qalmısan ki, sənin efirdə danışmağa mövzun yoxdur. Sənə mikrofon uzadıb ancaq Aygün Kazımova haqda soruşurlar. Sənə mikrofon uzadılanda, ancaq qiybət edirsən. Fikir vermisinizsə, ancaq xanım müğənnilərin arxasınca danışır.

Adama sual verərlər ki, öz mövzun yoxdur ki, xanımların qiybətini edirsən? İndi də başlayıb Röya ilə belə oldu, Natavanla belə oldu. Bizim dilimiz varsa, dilçəyimiz də var. Bir-birimizə sözümüz olanda, açıq-aşkar deyirik. Sənin kimi üçüncü, dördüncü adamı söhbətimizə qatmırıq.

Bu naftalin iyi verən, toz basmış variantları qoy kənara. Deyəsən unutmusan saatlarla vaxtımı alıb Röya və Natavanın arxasınca etdiyin qiybətlər. Utan, kişi adı daşıyırsan, ay qədirbilməz! Bir dilinə yiyə dura bilmirsən. Deyəsən hulqumunu sən çoxdan udmusan!” . 

Şərhlər