Burak Özçiviti sevən qızlara üzücü xəbər

22.02.2016 13:18     Artreaksiya     1011

Aktyor Burak Özçivit iki ildir sevgili olduğu həmkarı Fahriye Evcenlə nişanlanmağa hazırlaşır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Burakın anası bir müddət əvvəl tanış olduğu Fahriyeni çox bəyənib.

O, qohumlarına "Burakın sevgililəri arasında qanım ən çox ona qaynadı, xanım kimi və ağıllıdır" deyib. O, hətta oğlunun Evcenlə dərhal evlənməsini istəyib. Fahriye də gələcək qayınanasını evində qonaq edib.

Sevgililərin apreldə nişanlanacağı deyilir.

Şərhlər