Tarkan sevənlərini kədərləndirdi

23.02.2016 12:04     Artreaksiya     982

Müğənni Tarkan bir müddətdir gözlənilən türk sənət musiqisi albomunu yenə də təxirə salıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yay aylarında 10 günlük konsertini terror hadisələrinə görə sona çatdıra bilməyəm meqastar bu dəfə eyni səbəbdən albbomunun təqdimatını gecikdirib.

Sosial və siyasi hadisələrdə aktiv olan Tarkan Ankara 28 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra bu aya olan planlarını həyata keçirməkdən imtian edib. O, bir ildir üzərində çalışdığı mahnıları martda təqdim etməyi planlaşdırır.

Şərhlər