"Sənə görə çox qapılar bağlandı" - Sərxan İlhamə haqda

25.02.2016 16:06     Artreaksiya     1524

Aparıcı Sərxan Kərəmoğlu bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlama yayıb. 

Axşam.az-ın məlumatına görə, S.Kərəmoğlu mərhumun ona haqsızlıqlar etdiyini vurğulayıb:

“Bax, bu, bizim son yeməyimiz oldu. Allah sənə rəhmət eləsin. Mənə etdiyin haqsızlıqlara görə, sənə halallıq verirəm. Bakıda və İstanbulda min bir əziyyətlə qurduğum evlərimi sənin prinsiplərin uğrunda dağıtdım. Mənim adıma min cür sözlər qoşub, dostlarımla aramı vurdun. 

Ən çətin zamanımda illər öncə idarə edəcəyim toyum sənə görə imtina etdilər, çörəyimdən oldum. Şou-biznesdə sənə görə, çox qapılar bağlandı, insanlar mənimlə düşmən oldu. Hansı kanala gedib, hansı verilişi aparırdım, zəng edib “Onu ordan qovun” deyirdin. Tanıdığın insanların əli ilə telekanallara zəng vurdurub, məni qovdururdun.
 
Çox şeylər var ki, yaza bilmirəm. Mənə etdiyin və mənim sənə etdiyim hər şeyə görə halallıq verirəm. Bilirsən niyə? Çünki Orxan oğlun mənə öz övladlarım qədər əziz və doğmadı. Orxan, başın sağ olsun. Sən elə bir oğulsan ki, əvəzin yoxdur, sənin ürəyin böyükdür. Ölən günə qədər sənin arxandayam. Sənə dünyanın var-dövlətini etibar etmək olar, əsl oğulsan. İlhamə xanım, Allah sənə rəhmət etsin, günahlarını bağışlasın”.

Şərhlər

Çox oxunanlar