"İlhamə Quliyeva mirasını əsgərlərə vəsiyyət edib"

26.02.2016 11:16     Artreaksiya     1461

ANS-in aparıcısı Elgiz Əkbər ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın vəsiyyəti ilə bağlı açıqlama verib. 

Reaksiya.info-nun Axşam.az-a istinadən məlumatına görə, aparıcı müğənninin bütün var-dövlətini əsgərlərə qoyduğunu vurğulayıb:

“Dünən mən və “Lider” telekanalının aparıcısı Lamiyə Ələkbərova yaxın dostumuz İlhamə xanımın vəsiyyəti haqda danışdıq. Bir daha bildirmək istəyirəm ki, İlhamə xanım rəhmətlik anasının yanında dəfn olunmağını, üzünə anasının qırmızı yaylığının örtülməsini istəyirdi. Eyni zamanda bütün mirasının pul şəklində Azərbaycan əsgərlərinə xərclənməsini istədi. Allah rəhmət eləsin”.

Qeyd edək ki, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb.

Şərhlər