"Həzrəti Yusif"un müəllifi vəfat etdi

27.02.2016 22:18     Artreaksiya     2349

İran film sənayəsinin dünyaca məşhur ulduzu Fərəcullah Sələhşur müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 63 yaşlı aktyor, ssenarist və rejissor uzun müddətdir ki, ağciyər xərçəngindən müalicə alırmış

Kino həyatına 1983-cü ildə aktyor kimi çəkildiyi "Nasuh Tövbə" filmi ilə başlayan Fərəcullah rejissoru və ssenaristi olduğu "Əshabi-Kəhf" (1998) və "Həzrəti Yusif" (2008) serialları ilə məşhurlaşıb.

Şərhlər