Brilliant İlhamə Quliyeva haqda - "Məni hər zaman pislədi"

29.02.2016 13:32     Artreaksiya     1492

Xalq artisti Brilliant Dadaşova küsülü olduğu mərhum İlhamə Quliyeva haqqında yazıb.

Reaksiya.info Axşam.az-a istinadən bildirir ki, müğənni İ.Quliyevanın onu hər zaman pislədiyini vurğulayıb:

"Əziz dostlar, qəlbimiz hər zaman sevgi ilə dolsun. Sənəti gözəl olan İlhamə Quliyevaya Allahdan rəhmət diləyək. Mən onu hər zaman təriflədim, o isə məni hər zaman pislədi. Yalnız biz onun səsiylə böyüdük. Uca Tanrı onu gözəl səsinə bağışlasın. Bəlkə də bu həyatda bəxti gətirmədiyinə görə belə idi. Allah heç olmasa, o dünyasını versin".

Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də trombdan (qan damarının tutulması) ölüb.

Şərhlər