Məşhur müğənnidən xərçəng xəstəsi olan 9 yaşlı fanatına jest - VİDEO

29.02.2016 14:18     Artreaksiya     1448

Müğənni Mustafa Ceceli onun mahnılarını oxuyan, 4 ildir xərçəng xəstəliyindən əziyyət çəkən 9 yaşlı Zehra Betül Kahveciyə qarşılıq verib.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, xəstə yatağında Mustafanın bütün mahnılarını əzbərləyən qızın xalası onun görüntülərini paylaşmağa başlayıb. Qısa müddət sonra qızın videoları paylaşım rekordları qırınca Cecelinin də diqqətini çəkib.
 
Zehra Betül üçün mahnı söyləyərək İnstaqramdan paylaşan M.Ceceli qıza belə səslənib:
 
"... Əvvəlcə arzu edirəm ki, tezliklə sağalasan. Mən də mahnı oxumaq istəyirəm, sadəcə sənin üçün".
 
Betülün xalası onun ən böyük arzusu Mustafa ilə mahnı oxumağın olduğunu deyərək bu paylaşımın onun əhvalına yaxşı təsir etdiyini deyib

Şərhlər