Azərbaycanlı rəqqasədən reperə ağır İTTİHAM

02.03.2016 18:17     Artreaksiya     1311

Tanınmış rəqqasə Oksana Rəsulova reper Elşad Xose ilə evliliyindən danışıb. Big.az xəbər verir ki, rəqqasə Elşadla ayrılmadan öncə hamilə olduğunu və uşağını itirdiyini deyib:

"Uşaq üçün biz bankdan böyük məbləğdə kredit götürdük. Həkimlərə müraciət etmək üçün pul lazım idi. Biz uşağı hədsiz gözləyirdik. Elşad necə uşaq sevəndir, təsəvvür edə bilməzsiniz. Hər şey yaxşı oldu, mən hamilə qaldım. 2-3 ay keçəndən sonra böyük stres yaşadım və hamiləliyim bitdi. Biz də ayrıldıq. Yaşadığım o stresin günahkarı Elşad idi. Mən Elşadsız uşağı nə edirəm? Əgər o öz sağlamlığını qorumurdusa, neyləyim uşağı? Mən uşaqdan çox Elşadı sevirdim".

Şərhlər