Azərbaycanlı aktrisaya vəzifə verildi - Türkiyədə

04.03.2016 12:32     Artreaksiya     1491

Əməkdar incəsənət xadimi Məlahət Abbasova Türkiyədə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini təyin edilib.  

Bu barədə Teleqraf.com-a aktrisanın yaxın rəfiqəsi, əməkdar artist Aybəniz Haşımova məlumat verib: “Məlahət mənə bacım qədər əziz insandır, 29 illik rəfiqəmdir. Onun bütün uğurlarına sevinirəm. Şəhər teatrları bədii rəhbərinin müavini təyin edilməsini bir neçə gün əvvəlcədən bilirdim. Bağrım çatlayırdı ki, bu şad xəbəri Azərbaycana nə vaxt deyəcəm. Amma Məlahət xanım dedi ki, protokola uyğun hərəkət etməliyik”.

Şərhlər