Əfsanəvi aktyor Kamal Sunalın anası dünyasını dəyişdi

Mərhum aktyorun anasının ölüm xəbəri sosial şəbəkədə nəvəsi yayıb.

Türkiyənin əfsanəvi aktyoru Kamal Sunalın anası Sultan Sunal dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, nənəsinin tabutunu daşıyan Ali Sunal dəfn mərasimində göz yaşlarını saxlaya bilməyib.

"Sultanım Kamalına qovuşdu".

Dünyasını dəyişən gülüş ustasının oğlu Əli Sunal nənəsinin ölüm xəbərini sosial şəbəkədə yayıb: "Sultanım Kamalına qovuşdu. Nur içində yat nənəm mənim” yazıb.

Kamal Sunal 2000-ci ildə dünyasını dəyişib. K.Sunal Türkiyənin məşhur teatr və kino aktyorudur. Əsasən komediya janrında filmləri ilə tanınıb. Xalq arasında əsasən Şaban adı ilə populyarlaşıb. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə oynayıb. 

Kəmal Sunalın anası Sultan Sunal
Kəmal Sunalın anası Sultan Sunal
Kəmal Sunalın oğlu Ali Sunal
Kəmal Sunalın oğlu Ali Sunal

 Türk film sənətinin böyük komediya oyunçusu və film oyunçularından biri olaraq qəbul edilən Kamal Sunal oynadığı rollarla türk film sənətinə yeni bir canlanma gətirib. Oynadığı filmlərdə əsasən saf, şanslı, təmiz qəlbli xarekterləri canlandırıb. Filmlərinin çəkilişindən illər sonra belə böyük bir maraqla izlənilir. Sәnәtkar öz profilinin oynadığı obrazlara görә fәrqli olduğunu bu sözlәrlә bildirib:

"Mәn şәxsi hәyatımda çox az danışan, çox soyuq bir adamam. Eyni zamanda, iş vә ev hәyatımda vasvası olduğumu bildirirlər". 

"Şaban oğlu Şaban" filmi

 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar