Bu gün Beynəlxalq Teatr Günüdür

27 mart  Beynəlxalq Teatr Günüdür.
 
APA-nın məlumatına görə, Beynəlxalq Teatr Gününün qeyd olunması ilə bağlı qərar UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən konqresində qəbul olunub.
 
Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto olub.  Builki müraciət sovet və Rusiya teatr rejissoru, “Dram sənəti məktəbi”nin təsisçisi, Rusiyanın əməkdar incəsənət xadimi Anatoli Vasilyev tərəfindən ünvanlanıb. Müraciətdə “Teatr lazımdırmı?”, “Teatr bizə nəyə görə lazımdır?”, “Teatr bizim üçün nədir?”, “Teatr nə deyə bilər?” sualları qoyulub və onlara müvafiq sahənin mühümlüyünü bir daha təsdiqləyən cavablar verilib.
 
Qeyd edək ki, Azərbaycan peşəkar teatrının yaranması da mart ayına təsadüf edir.
 
Azərbaycan peşəkar milli teatrının əsası 1873-cü il martın 10-da Bakıda “Lənkəran xanının vəziri” komediyasının səhnəyə hazırlanması ilə qoyulub. Ölkə prezidenti “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” Sərəncam imzalayıb, 10 mart ölkəmizdə “Milli Teatr Günü” kimi təsis edilib.
Advertisement Banner

Şərhlər

Çox oxunanlar