"Putin əsl brenddir"

"Əgər Putin haqqında silsilə rəsm çəkilsə, onların hamısı alınacaq".

Vladimir Putin Rusiyanın kinobrendi adlandırıldı. ANS PRESS-in məlumatına görə, ölkə rəhbərini belə adlandıran Mosfilmin (Мосфильм) baş direktoruKaren Şahnəzərovdur. "Putin indi, yəqin ki, Rusiyanın ən əsas brendidir", - deyə Şahnəzərov bildirib. Onun sözlərinə görə, hazırda prezident kinobrend kimi hətta Lev Tolstoyun əsərlərini də keçib.

"Vladimir Putin Rusiyanın əsas brendidir"

"Mosfilm"in direktorunun sözlərinə görə, Vladimir Putini bütün dünya tanıyır. "Onu Parisin küçələrindən tutmuş Mərkəzi Afrika qəbilələrinə kimi hər kəs tanıyır", - deyə Şahnəzərov qeyd edib.
 
Bundan başqa, direktor onu da əlavə edib ki, Rusiya prezidentinin pərəstişkarları da çoxdur: "Əgər Putin haqqında silsilə rəsm çəkilsə, onların hamısı alınacaq".

Lakin "Mosfilm"in baş direktoru "Putini özü kinoya çəkərmi" sualını müsbət cavablandırmayıb: "Bədii cəhətdən, onun xidmətlərini qiymətləndirmək və mənasını başa düşmək üçün vaxt keçməlidir. Bu, həqiqətən, çətindir. Əlbəttə, ola bilsin ki, bunu kimsə tez edə bilər. Amma o zaman ciddi kino alınmaz. Məsələn, mən bu məsuliyyətin altına girmərəm".

Karen Şahnəzərov - Mosfilmin baş direktoru
Karen Şahnəzərov - Mosfilmin baş direktoru

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentin onun haqqında kino çəkilməsindən xəbəri yoxdur. Bundan başqa, o qeyd edib ki, Putin rolunu oynamaq üçün kastinqdə hələ ki, 4 aktyor iştirak edib.

Putin rolunu canlandırmaq istəyənlər arasında dünya şöhrətli aktyorlar da var. Məsələn, tanınmış Hollivud aktyoru Leonardo Di Kaprio da həmişə Putin rolunu oynamaq istəyini bildirib. Odur ki, o, “Knights Bridge Entertainment” Britaniya kinofilm şirkətinin “Putin” filmində Rusiya prezidentinin rolunu oynayacaq. 

2016-cı ilin yazında başlanacaq filmin çəkilişləri Rusiya, ABŞvə Avropada keçəcək. Filmin ekranlara çıxışı 2017-ci ilin yazına planlaşdırılıb.

ABŞ, Rusiya və Avropa
ABŞ, Rusiya və Avropa

Bir müddət əvvəl Di Kaprio “Velt am Sontaq” dərgisinə verdiyi müsahibəsində bu barədə danışıb. Amerikalı aktyor kinoda Rusiya prezidenti Vladimir Putinin rolunu canlandırmaq istədiyini bildirib. Aktyor həmçinin bir neçə il əvvəl Sankt-Peterburqda Sibir pələnglərinin xilası üzrə keçirilən forumda Putinlə şəxsən görüşdüyünü bildirib.

"Mənim fondum bu yırtıcı pişiklərin müdafiəsi üçün olan bir neçə layihəyə maliyyə dəstəyini göstərib. Putinlə mən yalnız bu çox gözəl heyvanların müdafiəsi haqqında danışmışıq, siyasət barədə heç bir söhbət olmayıb", - deyə Di Kaprio əlavə edib.

Vladimir Putin və Leonardo Di Kaprionun görüşü
Vladimir Putin və Leonardo Di Kaprionun görüşü

 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar