Tolik müğənniləri Tərtərə səslədi

04.04.2016 17:04     Artreaksiya     1465

Prodüser Tarix Əliyev (Tolik) müğənniləri cəbhə bölgəsinə getməyə çağırıb. 

 O, əsgərlərimizə dəstək olmaq üçün sabah cəbhə bölgəsinə yollanacağını bildirib:

“Müğənnilərə səslənirəm: Kim sabah əsgərlərimizi görmək üçün Tərtərə getmək istəyir. Konsert verməsək də olar. Əsas odur ki, onların yanında olub, müsbət əhval-ruhiyyə bəxş edək. Onlar səngərlərdə görsünlər ki, biz yalnız bayramlarda deyil, hər an onların yanındayıq. Amma yalandan el gözünə “mən gedirəm” yazmayın. Gedənlər mənə zəng etsin”.

 

(Axşam.az)

Şərhlər