"Sarılar - Qarabağ atının izi ilə" filmi nümayiş olundu - FOTOLAR

Nizami Kino Mərkəzində "Sarılar - Qarabağ atının izi ilə" sənədli filminin təqdimat mərasimi keçirilib.
 
Musavat.com xəbər verir ki, filmin nümayişindən öncə ekran işinin yaradıcı heyəti media nümayəndələri ilə biraraya gələrək mətbuat konfransı keçirib. Konfransda film haqda geniş məlumat verilib. Bildirilib ki, film xarici dillərə tərcümə edilərək, beynəlxalq festivallarda təqdim olunacaq.
 
Mətbuat konfransından sonra filmin nümayişi üçün qonaqlar kinozala dəvət olunub. Nümayişdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Neft Şirkətinin rəhbər nümayəndələri, nazir müavini Ədalət Vəliyev, "BP-Azərbaycan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı,  və incəsənət xadimləri iştirak ediblər. 
 
Səhnəyə çıxan “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı qonaqları salamlayıb: “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “BP-Azərbaycan” şirkəti, Azərbaycanfilm və “STUDİO TOR 1 Filmproduktion” studiyası tərəfindən bu tədbir təşkil olunub. Bu günkü tədbir beynəlxalq yaradıcı heyət tərəfindən ərsəyə gətirilən bir mədəniyyət töhfəsinin təqdimatına həsr olunub. Filmin ərsəyə gətirilməsində bir çox ölkənin nümayəndəsi iştirak edib. Ekran işi “Sarılar - Qarabağ atının izi ilə” adlanır. Filmin nümayişindən öncə xahiş edirik ki, Qarabağ uğrunda döyüşlərdə həlak olan əsgərlərin ruhunu bir dəqiqəlik sükutla yad edək”.
 
Bir dəqiqəlik sükutdan sonra nazir Əbülfəs Qarayev səhnəyə çıxaraq film haqda təəssüratlarını bölüşüb:“Çox hörmətli xanımlar və cənablar, həmkarlar... Bu gün çox gözəl təqdimata yığışmışıq. İzlədiyimiz film bizə gözəl hisslər yaşadacaq. Qarabağ atlarına son vaxtlar maraq artıb. Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya təşəkkür etmək istəyirəm. Çünki onun səyləri nəticəsində Qarabağ atları üzərində oynanan “Çövqan” oyunu UNESCO-nun qeyri-mədəni irsi siyahısına daxil olub. Bu ondan xəbər verir ki, Qarabağ atları üzərində oynanan bu oyunun Azərbaycana məxsus olduğu bəşəriyyət tərəfindən qəbul edilib”.
 
Advertisement Banner

Şərhlər