“ Şəhrizadın oyunu ” Türkiyə mətbuatında

22.04.2016 21:06     Artreaksiya     1419

Xəbər verdiyimiz kimi artıq bir necə gündür ki, Gəncə Dövlət Dram teatrının yaradıçı kollektivi qardaş Türkiyə Çumhuriyyətinə qastrol səfərindədir. Konya şəhərində gerçəkləşən “ Min nəfəs, bir səs ” adlı Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Turqay Narın “ Şəhrizadın oyunu ” mistik-psixoloji dramı nümayiş etdiriləçək. Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Gəncə Dövlət Dram teatrının iştirakı və tamaşa haqqında fikirlərə Türkiyənin bir çox mətbu orqanlarında geniş yer ayrılıb. Bu barədə Gəncə Dövlət Dram teatrının direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib. Onun sözlərinə görə, bu qəzet və jurnallarda Gəncə Dövlət Dram tetarının yaradıçılıq yolu, Festivalda nümayiş olunan tamaşa haqqında geniş məlumatlar və eləçə də tamaşaçı fikirləri çap olunub. Türkiyə mətbuatı Gəncə Dövlət Dram teatrının bu qastrol səfərini iki qardaş ölkə arasında mühüm mədəni əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Xatırladaq ki, Turqay Narın “ Şəhrizadın oyunu ” mistik-psixoloji dramının

quruluşçu rejissoru Elşad Əhmədovdur. Pyesdə əsas rolları əməkdar mədəniyyət işçisi Yusif Cəfərov, Sevda Orucova, əməkdar artistlər Salamulla İsmayılov, Novruz Cəfərov və digərləri ifa edirlər.

   

Şərhlər