Tarkanın toyunda qonaqlara qadağa qoyuldu - FOTOLAR

07.05.2016 19:06     Artreaksiya     1525

Meqastarın Almaniyada olan toyu ilə bağlı təfərrüatlar üzə çıxıb.

Türkiyənin meqastarı Tarkan ötən gün Almaniyada baş tutan toyundaqonaqlara qadağa qoyub. ANS PRESS-in məlumatına görə, sevgilisi Pınar Dileklə ailə quran meqastarın toyunun bəzi təfərrüatları bəlli olub. Belə ki, mərasimdə iştirak edən qonaqlara foto çəkərək sosial şəbəkələrdə paylaşmaq qadağası qoyulub.

100 nəfər qonağın iştirak etdiyi mərasim Köln şəhərində Reyn çayı sahilində tarixi mülkdə olub. 

Mərasimdə olan qonaqlar arasında gəlinin qohumları üstünlük təşkil edib.

"Cütlük bal ayına iyunda çıxacaq".

Cütlük  toy məkanına şüşələri qara pərdə ilə örtülən "Mercedes Vito" avtomobilində gəliblər. Pınarın gəlinliyi sadəliyi və şıklığı ilə seçilib. Tarkan isə gözlənilənlərin əksinə olaraq erməni dizayner Levon Kordonciyanın deyil, Hatice Gökçenin hazırladığı smokinlə görünüb. Toya dəvət olunmuş qonaqlara xüsusi “Pınar və Tarkan” yazılı dibçək formalı şirniyyatlar verilib. Qonaqların adları isə yarpaqlar üzərinə xüsusi üsulla yazılıb. 

Cütlük bal ayına iyun ayında çıxacaq. İfaçı konsertləri, turneləri olduğu üçün bal ayını belə ləngidib.

Toydan sonra ilk konsert mayın 28-də Almaniyanın başqa bir şəhəri - Frankfurtda olacaq. 

Tarkan ötən gün Almaniyanın Köln şəhərində özünə toy edib. Mərasim "Flora im Botanischen Garten"da olub. Məclisdə cütlüyün yaxın ətrafı və qohumları iştirak edib. Meqastar sevgilisi Pınar Dileklə aprelin 29-da İstanbulda - Tarabyadakı villasında gizlicə nikah bağlayıb. 

İfaçı Pınarla 5 ildir ki, sevgili idi. Onların münasibətləri ötən il ortaya çıxmışdı. Tarkan ötən ilin son günlərində sürpriz şəkildə nişanlanıb. Onun nişanlısı P.Dilek Almaniyada bir türk ailəsində dünyaya gəlib. Onlar ifaçının konsertlərindən birində tanış olublar. Belə ki, P.Dilek Tarkanın fanatlarından biri olub. Onların ilk fotosu da 2008-ci ildə, Tarkanın Almaniyada olan konserti zamanı çəkilib.

Şərhlər