Xalq artisti: "Belə qələbə istəmirəm"

07.05.2016 19:21     Artreaksiya     1900

Xalq artisti Flora Kərimova 9 May - faşizm üzərində Qələbə Günü ilə bağlı atv.az-a açıqlamasında bildirib: "9 Maydan əvvəl 8 may var. 8 mayda Şuşanı itirmişik. 

Bəlkə 9 may olmasaydı, bu problemimiz olmazdı. Mən belə qələbə istəmirəm. Nə qədər insanlarımız qırıldı. Şəhərimiz qəhrəman adı almalıydı. 9 may mənim millətimə hörmət etmədi. 9 may 8 mayı törətdi. Buna görə nəyə sevinim, nəyi alqışlayım? Nəyə xoş gəlmisən deyim, nəyə? 9 mayda atam vuruşub, çox ağır yaralandı. Müharibənin ilk günündən sonuncu gününə kimi oradaydı. Sağ-salamat qayıtdı. Müharibə illərindən sonra qaranlıq şəhəri xatırlayıram. Müharibə illəri və sonrakı illərdə, xüsusi talonlar var idi, çörək talonları. 

Müharibədən sonra bütün evlərin qiyməti aşağı salınırdı. Ev kirayələri də aşağı salındı. O zaman hamı eyni dərəcədə yaşayırdı. Övladın saxlamaq üçün nişan üzüyünü satırdılar. Bütün hadisələr hələ də gözümün önündədir. O dövrdə hansısa şəhər gedib, məskən salmaq çox çətin idi. Həm də ona imkan lazım idi".Xalq artisti Flora Kərimova 9 May - faşizm üzərində Qələbə Günü ilə bağlı atv.az-a açıqlamasında bildirib: "9 Maydan əvvəl 8 may var. 8 mayda Şuşanı itirmişik. 

Müharibədən sonra bütün evlərin qiyməti aşağı salınırdı. Ev kirayələri də aşağı salındı. O zaman hamı eyni dərəcədə yaşayırdı. Övladın saxlamaq üçün nişan üzüyünü satırdılar. Bütün hadisələr hələ də gözümün önündədir. O dövrdə hansısa şəhər gedib, məskən salmaq çox çətin idi. Həm də ona imkan lazım idi".

Şərhlər