Azərbaycanlı müğənni fanatını təhqir etdi

26.05.2016 18:32     Artreaksiya     1562

"Kəmər "Stefano Ricci" markasıdır ay “çüşka”. 1000 dollar qiyməti var".

Azərbaycanlı müğənni Vasif Məhərəmli izləyicilərini təhqir edib. ANS PRESS-in məlumatına görə, "İnstagram" hesabında paylaşdığı fotoya gələn rəyə əsəbiləşib və həmin şəxsi təhqir edib.

Müğənnin heyranlarından biri fotonun altına ifaçının kəmərinin zövqlü olmadığını yazıb. Bundan hirslənən Vasif Məhərrəmli həmin şəxsə sərt cavab verib: "Kəmər "Stefano Ricci" markasıdır ay “çuşka”. 1000 dollar qiyməti var". Daha sonra izləyicilərin bu situasiya ilə bağlı sərt reaksiyasını görən müğənni fotonu silib.

Vasif Məhərrəmlinin "İnstaqram" səhifəsi
Vasif Məhərrəmlinin "İnstaqram" səhifəsi

Vasif Məhhərrəmli 2008-ci ildə xuliqanlıq etdiyi ilə qalıb. Jurnalist Vuqar Kamiloglunu döydüyünə görə mügənni barəsində Azərbaycan Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb ve araşdırma aparılıb.

Müğənni iki dəfə evıli olub. İfaçının ilk evliliyindən bir qızı var. Onun birinci həyat yoldaşı xəstəlik nəticəsində vəfat edib.

 

Şərhlər

Çox oxunanlar