Şarapova məşhur müğənninin eks sevgilisi ilə görüşür

27.05.2016 18:15     Artreaksiya     1239

Cütlük Parisdə əl-ələ tutaraq gəzintiyə çıxıb.

Məşhur Rusiyalı tennisçi Mariya Şarapova populyar müğənni Kayli Minouquneks sevgilisi model Andres Velekoso ilə görüşür. ANS PRESS-in məlumatına görə, cütlük Parisdə əl-ələ tutaraq gəzən zaman yaxalanıb. Onlar birlikdə çox xoşbəxt görünürdülər.

Şarapova və Velekoso münasibətlərini hələlik gizli saxlamaq istəyirlər. Onlar bu barədə heç bir rəsmi şərh verməyiblər. Tanınmış cütlük bir neçə dəfə festivallara da qatılıb, lakin sevgili olduqlarını büruzə verməyiblər. Gözəl tennisçinin hətta Andresin dostları ilə bir yerdə vaxt keçirdiyi də iddia olunub. 

Kayli Minouq və Andres Velekoso (arxiv)
Kayli Minouq və Andres Velekoso (arxiv)

Əvvəl Mariya Şarapova bir neçə il həmkarı Qriqor Dimitrov ilə görüşüb. Onlar ötən ilin yayında ayrılıblar. Qriqor hazırda Nikol Şerzinqer ilə görüşür. Andres Velekoso əvvəl məşhur ifaçı Kayli Minouq ilə sevgili olub. 5 il birlikdə yaşayandan  sonra cütlük 2013-cü ildə ayrılıb.

Bir müddət əvvəl Mariya Şarapovanın qanında dopinq tapılıb. Beynəlxalq Tennis Federasiyası(ITF) tennisçini bir müddət yarışlardan uzaqlaşdırıb. Bu qadağa onun işi haqqında yekun qərar verilənə kimi davam edəcək. Məlumatdan sonra idmançı ilə əməkdaşlıq edən bir sıra şirkətlər iş birliyini davam etdirməkdən imtina ediblər.

Qriqor Dimitrov və Mariya Şarapova (arxiv)
Qriqor Dimitrov və Mariya Şarapova (arxiv)

 

Şərhlər

Çox oxunanlar