“Sabir” Gəncə teatrının səhnəsində

Gəncə Dövlət Dram teatrı bununla Şəfaət Mehdiyevin ikinci pyesinə müraciət edir

Gəncə Dövlət Dram teatrının səhnəsində Şəfaət Mehdiyevin “Sabir” pyesi üzərində yaradıçılıq işi tamamlanmaq üzrədir. Reaksiya xəbər verir ki, pyes böyük şairin 154 illiyi ərəfəsində onun xatirəsi üçün bir töhfədir və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə hazırlanır. 

Gəncə Dövlət Dram teatrı bununla Şəfaət Mehdiyevin ikinci pyesinə müraciət edir. Bundan əvvəl xalq artisti, mərhum Məhəmməd Bürcəliyevin quruluşunda müəllifin “Mirzə Fətəli” pyesinə ötən 70-ci illərdə müraciət olunub. 

Teatrın direktoru Əli Qasımovun verdiyi xəbərə görə pyesin qruluşçu rejissoru, Gəncə Dövlət Dram teatrının baş rejissoru İradə Gözəlovadır. Tamaşanın quruluşçu rəssamı Elnur Axundov, Musiqi tərtibatı isə Tünzalə Mustafayevanındır. 

Onun sözlərinə görə, tamaşada xalq atisti Alim Məmmədov, əməkdar artist Faiq Qasımov, aktyorlardan Vasif İsmayılov, Yusif Cəfərov, Mətləb Təhmazi, Akif Səfərov, Elmir Məmmədov, Rauf Hüseynov, Ramil Hüseynov, Elvin Almağıyev, Murad Meyfəliyev, aktrisalardan Sevda Orucova, Sevinc Hüseynova, Aysel Şərifova, Könül Kazımova, Şəbnur Allahverdi və Zeynəb Abdullayeva çıxış edecəklər. Qeyd edək ki, tamaşa may ayının ilk ongünlüyündə teatrsevərlərə təqdim olunacaq.

Advertisement Banner

Şərhlər

Çox oxunanlar