Prezidenti təhqir edən gözəl model həbs olundu

31.05.2016 18:11     Artreaksiya

Məhkəmənin qərarı ilə model 1 il 2 ay 17 gün azadlıqdan məhrum edilib.

Türkiyə gözəli Merve Büyüksaraç prezident Rəcəb Tayyib Erdoğanı təhqir etdiyi üçün həbs olunub. ANS PRESS-in məlumatına görə, məhkəmənin qərarı ilə model 1 il 2 ay 17 gün azadlıqdan məhrum olub.

Məhkəmədə modelin vəkili Əli Dəniz Merve Büyüksaraça bəraət istəyib. “Şikayət edən şəxs dövlət işçisi olduğu üçün tənqid hüdudları sərt bir şəkildə şərh edilməməlidir. Müvəkkilimin paylaşdığı ifadələrin siyasi olaraq dəyərlədirilməsini istəyirik. Ona görə də müvəkkilim sərbəst buraxılmalıdır”. Prezidentin vəkili Hatice Özay isə modelin sosial şəbəkədəki paylaşdığı ifadələrin insan haqlarına zidd olduğu üçün cəzalanmasını istəyib. 

Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

Nəticədə məhkəmənin qərarı ilə 2006-cı ildə Türkiyə gözəli seçilən modelə hökm oxunub. O, həbs olunub. 

 

Advertisement Banner

Şərhlər