"Yaşar Nuri içəndə hərdən mənə sevgi etirafı edib"

Hər kişi aktrisa ilə ailə qurmağa dözə bilməz. Çünki tez-tez səfərlərdə olursan. Bircə dəfə ailəli olmuşam. Sənətdən getdim, illər sonra yenidən qayıtdım. Hara getsəm də, sənətsiz qala bilmərəm.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Firəngiz Mütəllimova "Geriyə baxanda" verilişində deyib.

O, şəxsi həyatı haqda maraqlı məqamlara toxunub:

"Gözəlliyim başıma o qədər bəla gətirib ki... 30 il məni sevib, qarşılıq almayanda isə intiqam almaq istəyən olub. İndi kimi görürəmsə - "JEK" müdiri, zibilyığan, məmur, qapıda duran, hamı deyir, sizi sevmişəm. Xoşbəxt qadın olmuşam, çox insan məni sevib".

F.Mütəllimova mərhum xalq artisti Yaşar Nuri ilə bağlı etiraf edib:

"Yaşar Nuri çox istədiyim həmkarım idi. Yoxluğunu çox hiss edirəm. Dost kimi mənə yaxın biri olub. İçəndə hərdən mənə sevgi etirafı edib. Bunu da qısqandığından edirdi".

Advertisement Banner

Şərhlər

Çox oxunanlar