Teymur Əmrah və Vasif Məhərrəmli mətbuatın qara siyahısında...

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin may ayı üzrə analiz işini yekunlaşdırıb. 

Milli.Az bildirir ki, 2016-cı ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 11831 xəbər yerləşdirilib. Bunlardan 116 xəbər mənfi, 82 xəbər müsbət və 11633 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Teymur Əmrah (48 xəbər - Flora Kərimovanın müğənni haqqında fikirləri), Vasif Məhərrəmli (39 xəbər - izləyicisini təhqir etməsi).  Müsbət xəbərlər arasında liderlər: Natəvan Həbibi (55 xəbər -  Dağıstanın əməkdar artisti adina layiq görülməsi), Rəqqasə Fatimə (18 xəbər -  Amerikadan mükafatla qayıtması).

Xəbər sayına görə sıralama:

1.    İlhamə Quliyeva        920 xəbər
2.    Röya Ayxan            794 xəbər
3.    Əli Mirəliyev            513 xəbər
4.    Aygün Kazımova        428 xəbər
5.    Natəvan Həbibi        313 xəbər
6.    Firuzə İbadova        306 xəbər
7.    Elza Seyidcahan        299 xəbər
8.    Nadir Qafarzadə        241 xəbər
9.    Tünzalə Ağayeva        226 xəbər
10.    Nigar Camal            223 xəbər    
    
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 450 xəbər dərc edilib. Bu xəbərlərdən 445-i neytral, 5-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (4 xəbər - Flora Kərimovanın müğənni haqqında fikirləri) və Kamran Həsənliyə (1 xəbər - dələduzluqda ittiham oluması) məxsusdur. May ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1.    İlhamə Quliyeva        38 xəbər
2.    Əli Mirəliyev            27 xəbər
3.    Röya Ayxan            23 xəbər
4.    Aygün Kazımova        19 xəbər
5.    Flora Kərimova        18 xəbər
6.    Firuzə İbadova        17 xəbər
7.    Tünzalə Ağayeva        14 xəbər
8.    Elza Seyidcahan        12 xəbər
9.    Alim Qasımov        12 xəbər
10.    Nigar Camal            11 xəbər

May ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 234 xəbər göstərilib. 

Xəbər sayına görə sıralama: 

1.    Tünzalə Ağayeva        17 xəbər
2.    Vasif Məhərrəmli        9 xəbər
3.    Faiq Ağayev            9 xəbər
4.    Lalə Məmmədova        9 xəbər
5.    Elza Seyidcahan        8 xəbər
6.    Manaf Ağayev        8 xəbər
7.    Səməd Səmədov        7 xəbər
8.    İzzət Bağırov            7 xəbər
9.    Nadir Qafarzadə        6 xəbər
10.    Məleykə Əsədova        6 xəbər

Advertisement Banner

Şərhlər

Çox oxunanlar