Xalq artisti 4-cü dəfə ana olmağa hazırlaşır

06.06.2016 17:23     Artreaksiya     1832

İfaçı hamiləliyini hər kəsdən gizli saxlamağa çalışır.

Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova 4-cü dəfə ana olacaq. Bu barədə xalq artisti ANS PRESS-ə açıqlamasında bildirib. İfaçı hamiləliyini hələlik hər kəsdən gizli saxlamağa çalışır. 

"Hələlik mən bu barədə açıqlama vermək istəməzdim. Hələ müalicə gedir. Qismət olarsa, gözlənilir. Təhlükəli heç bir şey yoxdur. Hamıda ilk aylar necə olursa, məndə də elə".

Bir neçə il öncə ailə quran Xalq artisti Gülyanaq Məmmədovanın 3 övladı var. Qızı Səidə, oğlanları Miryaqub və Fikrət. 

Gülyanaq Məmmədovanın həyat yoldaşı və övladları
Gülyanaq Məmmədovanın həyat yoldaşı və övladları

Gülyanaq Məmmədova 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

İfaçı 9 may 2012-ci ildə isə Prezident Mükafatına, 2014-cü ildə xalq artisti adına layiq görülüb. 

 

Şərhlər