Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclası keçirilib

Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda nazir müavini Nazim Səmədov, Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Qırğızıstan mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov və başqaları iştirak edib. 

 

Görüşdə “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsini həyata keçirəcək 4 ölkənin (Azərbaycan, Qırğızıstan, Kazaxıstan, Türkiyə) 11 turizm şirkəti müəyyən olunub və memorandum sənədi imzalanıb. Layihədə tərəfdaş qismində Azərbaycanın 3 turizm şirkəti - "Millenium Turizm", "Atlas Travel", "A la Carte Travel" iştirak edəcək. 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar