Ağalarov məşhur müğənniləri Bakıya gətirir

08.06.2016 19:54     Artreaksiya     1847

9-10 iyul tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda Sea Breeze istirahət mərkəzində ilk dəfə "JARA" Beynəlxalq musiqili yay festivalı keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, festival günlərində Rusiya estradasının ən parlaq ulduzlarının iştirakı gözlənilir. Festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artistiQriqoriy Leps və Russkoye Radio-nun yaradıcısı, "Zolotoy Qrammafon" mükafatının təsisçisiSergey Kojevnikovdur.

Tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanması planlaşdırılır. Festivalın ulduzlu qonaqları arasında Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digərləri var. Festivalda həmçinin, Zülfiyyə Xanbabayeva və "Rast" qrupunun iştirakı da nəzərdə tutulur. Beynəlxalq "JARA" festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.

 

Reaksiya.az

Şərhlər