"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" Kulturoloji-intellektual layihəsinin təqdimatlar davam edir - VİDEO - FOTOLAR

24.06.2016 13:49     Artreaksiya     1813

Yeni Yazarlar və Sənətçilər Qurumu layihə təqdimatlarının davam etdirir.

Bakının Sabunçu rayonunda baş tutan kreativ əngəllilələ yazıçı-kulturoloqların, gənc yaradıcı intellektualların görüş-müzakirəsi növbəti tədbirlərdən idi....
Bakı şəhəri, Sabunçu rayonu Yeni Ramana qəsəbəsi, Qara Qarayev küçəsi 14 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində iyunun 12-də maraqlı təqdimat-tanıtım mərasimi təşkil olunmuşdu. YYSQ-nin həyata keçirtdiyi layihələrin təqdimatları, yeni kitablardan sərgisi, yazıçılarla görüş və müəllif imzalanması mərasimi, qızğın kreativ müzakirələr, ədəbi-kulturoloji diskussiya formasında keçirilən tədbirlərdən əvvəl qonaqla Mərkəzin yaradıcı emalatxanalarını gəzmiş, burada nemayiş olunan sənət əsərləri ilə yaxından tanış olmuş, qurumun rəhbər və pedoqoji kollektivi ilə ünsiyyət qurmuşlar...
Tədbiri giriş sözüylə Mərkəzin direktoru Rəhilə Həsrətova açdı, qonaqları salaladı, rəhbəərlik etdiyi qurum haqqında geniş mçəlumatları çatdırdı.
#YYSQ - Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsinin rəhbəri, yazçı-kulturoloq Aydın Xan Əbilov və layihə eksperti, yazıçı-publisit Hacı Qəni Camalzadə, ekspert, yazıçı-publisit Zöhrə Əsgərova, eləcə də YYSQ üzvləri Araz Həsənli, Mirzə İskəndərov, Elşad Şamil ürək sözlərini kreativ gənclərə çatdırdılar.
Aydın Xan Əbilov həyata keçirtdikləri layihələr haqqında danışaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlan milli azlıqlar və multikultralizm mövzusundakı elektron nəşrlər hazırlanıb.
Çıxışçılar mədəniyyət, milli-mənəvi dəyərlər, multikultiralizm, ədəbiyyat və başqa məsələlərlə bağlı ekspert rəylərini verən qonaqlar, geniş tamaşaçı kütləsinə multikultiralizm və tolerantlığın Azərbaycan formaları haqqında da geniş məlumatları yaradıcı şəxslərlə bölüşdülər....
Təşkilat adından 300-ə yaxın kitab Mərkəzin kitabxanasına hədiyyə olundu. Qərara alındı ki, mƏrkəzdə ədəbiyyat dərnəyi təşkil olunsun və yazarlarla mütəmadi görüşlə, yaradıcılıq emalatxanasında master-klasslar keçirilsin.

Şərhlər