Tanınmış aktyor öldü

16.08.2016 12:55     Artreaksiya     1489

 Amerikanın tanınmış komediya aktyoru, "Emmi" mükafatının laureatı, yəhudilərin "İdiş" teatrının ulduzu Fayvuş (Filip) Finkel 93 yaşında vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, aktyor Nyu-Yorkda dünyasını dəyişib.

Qeyd edək ki, Fayvuş Filip Finkel 1922-ci ildə Bruklində yəhudi emiqrantların ailəsində dünyaya gəlib. 10 yaşında olarkən yəhudilərin idiş dilində tamaşalar hazırlayan teatrında çıxış etməyə başlayıb. İdiş dili Şərqi Avropada yəhudilərin danışdıqları ünsiyyət vasitəsi olub. 1960-cı illərdə idiş dilində tamaşalar oynayan teatrların populyarlaşması ilə Fayvuş Filip Finkelin də məşhurluğu artır.

Aktyor 1965-ci ildən böyük səhnədə çıxış etməyə başlayıb.

Amerikada tanınmış teatr və kino aktyoru olan F.Finkel nüfuzlu "Emmi" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb. 

Aktyor ömrünün son illərində teleseriallarda çəkilib.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar