Məşhur müğənni vəfat etdi...

Məşhur italiyalı opera müğənnisi Daniela Dessi vəfat edib.
 
Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, o, ötən gecə 60 yaşında Breşiya şəhərindəki xəstəxanada dünyasını dəyişib.
 
Bu haqda jurnalistlərə onunla 15 il birlikdə ailə həyatı yaşamış tenor Fabio Armiliato açıqlama verib.
 
Dessi Milandakı “La Skala”, Nyu-Yorkdakı “Metropoliten-opera” və Berlindəki “Alman operası” ilə əməkdaşlıq edib.
 
 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar