Aktyor iddialara cavab verdi

18.09.2016 23:23     Artreaksiya     1418

Türk aktyor Mehmet Ali Alaboranın infarkt keçirdiyi barədə məlumatlar yayılıb.
 
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, hazırda Londonda yaşayan 38 yaşlı aktyor sosial mediada açıqlama verərək iddiaları yalanlayıb.
 
Mehmet Ali Alabora səhhətinin yaxşı olduğunu söyləyib:
 
"İnfarkt keçirdiyim hardan çıxdı? Səhhətimlə bağlı heç bir problemim yoxdur. Narahatlıq keçirib maraqlanan hər kəsə çox təşəkkür edirəm".
 
Qeyd edək ki, aktyor "Yılan hikayesi" serialındakı "Memoli" obrazı ilə məşhurlaşmışdı.
 
 

Şərhlər