Yeni televiziya və radio layihəsi gəlir: - Buta tv& FM - VİDEO

Reaksiya.az Karabakh Today - a istindən xəbər verir ki, 3 oktyabr 2016-cı il saat 12:00-dan etibarən Azərbaycan mediasında yeni Radio və Televiziya özünün ilk efir yayımına start verəcək.
Qeyd edək ki, “Butafm Radio və Televiziya” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 may 2016-cı il tarixdən etibarən fəaliyyətə başlayıb.
“MİLLİ NAXIŞ, MİLLİ BAXIŞ...” devizi ilə fəaliyyət göstərən radio və televiziyanın yaradılmasında məqsəd ən gözəl milli və xarici musiqilərlə zövqləri oxşamaq, bir-birindən maraqlı, maarifləndirici verilişlər, layihələr ilə sizlərin görüşünə gəlməkdir.
Bunlarla bərabər, Azərbaycanda və dünyada gün ərzində baş verən siyasi, sosial, iqtisadi, mədəniyyət, şou-biznes, idman aləmində yaşananlar barəsində ən mühüm, son xəbərləri, o cümlədən hava haqqında məlumatı əldə edəcəksiniz.
“Butafm Radio və Televiziya” MMC-nin direktoru Əlizadə Azər İsabala oğlu, icraçı direktoru Bayramov Teymur Rzaqulu oğlu, texniki direktoru Abbasov Abbas Zeynəlabdin oğlu, baş redaktoru Mahmudzadə Şəhanə Müşfiq qızıdır.

Advertisement Banner

Şərhlər