Opera və Balet Teatrında “Vaqif” operasının premyerası keçiriləcək

18.11.2016 17:06     Artreaksiya     1849

Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Ramiz Mustafayevin “Vaqif” operasının premyerası keçiriləcək.

 

Teatrdan APA-ya verilən məlumata görə, operanın yeni quruluşu mərhum bəstəkarın 90 illik yubileyinə həsr olunub.

 

Premyera tamaşasında teatrın aparıcı solistlərindən xalq artisti Əli Əsgərov (Vəzir), əməkdar artistlər Ramil Qasımov (Vaqif), İlahə Əfəndiyeva (Xuraman), Əkrəm Poladov (Vidadi), Fərid Əliyev (Qacar), Cahangir Qurbanov (Eldar), İlkin Əhmədov (Xanəndə), gənc solistlər Taleh Yahyayev (İbrahim xan), Tural Ağasıyev (Əlibəy), Səbinə Əhmədova (Gülnar) çıxış edəcəklər.

 

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

Şərhlər