Akademik Milli Dram Teatrında “Nazirin xanımı” tamaşası nümayiş olunub

28.11.2016 12:36     Artreaksiya     1516

 Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilən “Nazirin xanımı” tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.

Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova, Hacı İsmayılov, əməkdar artistlər Şəlalə Şahvələdqızı, Aslan Şirinov, Məsmə Aslanqızı və aktrisa Şəhla Əliqızı, aktyorlar Vüsal Mustafayev, Ləman İmanova, əməkdar artistlər Əminə Babayeva, Əjdər Həmidov, İlham Hüseynov, Sabir Məmmədov, Firuz Xudaverdiyev, aktyor Cümşüd Zeynalov canlandırıb.

Qeyd edək ki, bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib. İki hissəli səhnə əsərinin premyerası 2014-cü il fevral ayının 5-də keçirilib.

Şərhlər