Milyonların sevə-sevə baxdığı "keyfiyyətsiz" film

03.01.2017 13:20     Artreaksiya     1048

Birinci dəfə keyfiyyətsiz şəkildə çəkilmiş "Arşın mal alan" filmi sonradan Azərbaycan kinematoqrafının ən uğurlu filmlərindən birinə çevrilib və çoxsaylı xarici dillərə çevrilib.

1917-ci yanvarın 3-də Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan “Arşın mal alan” filmi Bakıdakı "Forum" kinoteatrında ilk dəfə nümayiş olunub.

Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir bəyin təkidi ilə yanvarın 8-də ekrandan çıxarılıb. Filmin rejissoru Boris Svetlov, operator Qriqori Lemberq idi. Rollarda Hüseynqulu Sarabski (Əsgər), Mirzağa Əliyev (Süleyman), Ələkbər Hüseynzadə (Soltan bəy), Əhməd Ağdamski (Gülçöhrə) və başqaları çəkiliblər.


Reaksiya.az

Şərhlər