Gənc Tamaşaçılar Teatrının “Bir gecənin nağılı” tamaşası Sankt-Peterburqda nümayiş etdiriləcək

25.01.2017 17:21     Artreaksiya     1456

Rusiyanın Sankt-Peterburq şəhərinin “Kovçeq” eksperimental teatrının direktoru Olqa Luçitskaya Gənc Tamaşaçılar Teatrında olub.

Teatrdan "Raport"a verilən məlumata görə, "Gənc Tamaşaçılar"ın direktoru Mübariz Həmidov qonağa rəhbərlik etdiyi teatr, onun tarixi, səhnələşdirilən əsərlər və beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Ortaq işbirliyi haqqında fikir mübadiləsi aparan iki teatr rəhbəri gələcəkdə maraqlı bir layihənin həyata keçirməyin mümkün olduğunu qeyd ediblər.

O.Luçitskaya teatrın repertuarı ilə tanış olduğunu və bu ilin yaz-payız aylarında "Gənc Tamaşaçılar"ın “Bir gecənin nağılı” tamaşasını Sankt-Peterburq tamaşaçılarına təqdim edilməsi arzusunda olduğunu bildirib.

M.Həmidov da təklifi dəyərləndirərək qonaq teatrın bir tamaşasının "Gənc Tamaşaçılar"da göstərilməsinin mümkünlüyünü vurğulayıb.

Reaksiya. az

 

Şərhlər