Beynəlxalq Muğam Mərkəzində “Sirlər xəzinəsi” layihəsinin növbəti tədbiri keçirilib

04.02.2017 13:40     Artreaksiya     1407

Beynəlxalq Muğam Mərkəzində “Sirlər xəzinəsi” ədəbi-bədii layihəsi çərçivəsində Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş növbəti tədbir keçirilib.

 

Mərkəzdən  verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov layihə çərçivəsində ilk tədbirin Məhəmməd Füzuliyə həsr olunduğunu söyləyib.

 

AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov isə bildirib ki, klassik irsi yaşatmaq baxımından layihə öz əhəmiyyəti ilə təqdirəlayiqdir. O, Natəvan obrazının ədəbiyyatda, incəsənətdə, heykəltəraşlıqda, mədəniyyətin müxtəlif sahələrində əks olunduğunu diqqətə çatdırıb.

 

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri Ənvər Əhməd və başqaları Natəvanın Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, klassiklərin yaradıcılığının yaşadılması və gənc nəslə çatdırılması baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndirib.

 

Gecədə şairin qəzəlləri və muğamlar səsləndirilib. 

Reaksiya. az

Şərhlər