Azər Zeynalov Belarus Opera və Balet Teatrında çıxış edəcək

Opera və Balet Teatrının solisti, xalq artisti Azər Zeynalov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrında çıxış edəcək. Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Zeynalov fevralın 18-də italyan bəstəkarı R.Leonkovallonun "Payatsı" operasının tamaşasında əsas partiyalardan birini - Kanio partiyasını ifa edəcək.

Mətbuat xidmətindən bildiriblər ki, son illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet teatrı arasında sıx yaradıcılıq əlaqələri formalaşıb. Bu əlaqələr çərçivəsində belaruslu vokal və balet sənəti ulduzları Azərbaycanda qonaq olur və teatrın səhnəsində müxtəlif klassik opera və balet tamaşalarında çıxış edirlər. Eyni zamanda Azərbaycan opera və balet sənətçiləri də Belarusa qastrol səfərlərinə, müxtəlif festival və s. mədəni tədbirlərə dəvət olunurlar.

Qeyd edək ki, A.Zeynalov 20 ildən artıqdır ki, Azərbaycan Opera və Balet teatrının səhnəsində çıxış edir. O, milli və klassik opera tamaşalarında bir çox obrazlar (Balaş, Əsgər, Məşədi İbad, Xasay bəy, Alfred, Kanio, Kavaradossi və s.) yaradıb. 

Reaksiya. az

Advertisement Banner

Şərhlər