Xalq artistinin kitabı işıq üzü gördü

23.03.2017 17:08     Artreaksiya     2071

Xalq artisti, prezident təqaüdçüsü Zümrüd Məmmədovanın elmi kitabı işıq üzü görüb. İllərdir ömünü muğam sənətinə həsr edərək, uzun müddətdir tələbələrinə muğamın incəliklərini təlqin edən xalq artisti, xanəndə Zümrüd Məmmədova öz bilik və təcrübələrini dərs vəsaiti halına gətirib bu sahə ilə maraqlanan oxucularla bölüb.

 Muğamlarımızın tədrisi prosesində istifadə olunması  planlaşdırılan “MUĞAM SƏNƏTİNDƏ İFAÇILIQ ƏNƏNƏLƏRİ” adlı dərs vəsaiti köklü axtarışların və tədqiqatların bəhrəsi kimi klassik muğam sənətini öyrənən bədii təmayüllü ali və orta ixtisas məktəblərinin professor-müəllim və tələbə heyəti, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Burada oxucular muğam sənətinin tarixindən tutmuş, muğam ifaçısının səhnəyə qədər uzanan hazırlıq prosesindən agah ola bilərlər.

 Qeyd edək ki, elmi əsər milli irsimizin daim keşiyində duran, muğamlarımızın dünya arenasında təbliğ olunmasında böyük rolu olan, Azərbaycanın I vitse-prezidenti, YUNESKO-nın xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya ithaf edilmişdir.

Şərhlər