Heydər Əliyev Sarayında Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçiriləcək

Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Sarayın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, həmin gün Azərbaycan Dövlət Rəqs Ansamblının “Yeni Azərbaycanım” adlı möhtəşəm konsert proqramı və “Koroğlu” bir pərdəli milli baletinin premyerası olacaq.

Konsertin bədii rəhbəri və quruluşçu rejissoru Rusiyanın Xalq Artisti Dikalu Muzakaevdir.

Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Reaksiya.az

Advertisement Banner

Şərhlər